AZ

Almaniya Rusiya ilə ticarətin bərpasını istəyir

“Almaniya üçün Alternativ” partiyası Rusiya ilə ticarətin bərpasına və Rusiya qazının Almaniyaya nəqlinə çağırır.

Oxu24.com xəbər verir  ki, bu, AfD-nin seçki proqramının yekun layihəsində deyilir.

Çıxarışlar Der Spiegel jurnalında yayımlanıb.

AfD sənədi 2025-ci ilin yanvarında federal konqresdə müzakirə etməyi planlaşdırır. Sənəddə Almaniyaya ucuz qaz tədarükçüsü kimi Rusiya Federasiyası qeyd edilir və onunla ticarət bərpa olunmalıdır. AfD-nin fikrincə, Ukrayna gələcəkdə neytral statusa malik olmalı və “Avropa İttifaqı və NATO-dan kənarda olmalıdır. Ukraynadakı münaqişədən bəhs edilmir.

 

Nigar

 

Seçilən
15
oxu24.com

1Mənbələr