Avstraliya Senatı Nümayəndələr Palatasında qəbul edilən və 16 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası (ABC) məlumat verib.
Bildirilib ki, Avstraliya Senatı ilin son iclasında 19-a qarşı 34 səslə 16 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib.
Dünyada bir ilk olan qanun layihəsi sosial media şirkətlərinə müvafiq tənzimləmələri etmək üçün verilən 12 aylıq müddətdən sonra qüvvəyə minəcək.
“Facebook”, “TikTok”, “Snapchat”, “Reddit”, “Instagram” və “X” daxil olmaqla qlobal sosial media platformaları qanuna əməl etmədikdə, təxminən 33 milyon dollara qədər cərimələnəcək.