AZ

Fazil Qasımovla bağlı nə baş verir?

Hüquq müdafiəçisi Rüfət Səfərov 1 saylı İstintaq Təcridxanasının personalının müttəhim Fazil Qasımova qarşı pis münasibətilə əlaqədar ombudsman Səbinə Əliyevaya müraciət edib. 

Bundan sonra vəziyyət yaxşılığa doğru dəyişib, əsəsən Qasımova icazə veriblər ki, mühafizəçinin nəzarəti olmadan iki saatdan çox qardaşı ilə söhbət etsin. 

Bu barədə "Turan"a "Müdafiə xətti" hüquq-müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov danışıb.

O, ombudsmana müraciətini noyabrın 28-də sosial şəbəkədə dərc edərək bildirib ki, Qasımova kömək edə və təcridxananın rəhbərliyinə təsir göstərə bilmir.

"Hüquqi nihilizm apogeyə çatıb. Repressiv orqanların əməkdaşları qanunun tələblərini onlara  xatırladanda gülürlər", - Səfərov qeyd edib.

O, Fazil Qasımovun təcridxanada məruz qaldığı işgəncə və zorakılığı sadalayaraq ombudsmanı təcridxanada məhbusların hüquqlarının kobud şəkildə pozulmasına təcili diqqət yetirməyə çağırıb.

Ombudsman hüquq müdafiəçisinin müraciətinə cavab verməyib, lakin personalın Qasımova münasibəti dərhal yaxşılaşıb.

Səfərovun sözlərinə görə, ombudsman öz nümayəndələrini həbsxanalara göndərməklə müraciətlərə reaksiya verir, vəziyyətə Azərbaycan reallığında mümkün olduğu qədər təsir göstərməyə çalışır.

Öz növbəsində, Penitensiar Xidmət ənənəvi olaraq bildirir ki, məhbusların bütün hüquqlarına əməl  olunur və onların sağlamlıq vəziyyətinə tibbi nəzarət var.

***

 Fazil Qasımov 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. 

O, tanınmış iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Amma hazırda Fazil Qasımovun cinayət işinə İbadoğlunun cinayət işindən ayrı baxılır.

O, qanunsuz həbsinə  etiraz edərək iyunun ortalarında aclıq elan edib.  

Yaxınlarının sözlərinə görə, son vaxtlar əvvəlkitək yeməkdən imtina edir, sadəcə, bal ilə şirinləşdirilmiş su içir və yoqurt yeyir.
Seçilən
38
1
arqument.az

2Mənbələr