AZ

BMU tələbələri beynəlxalq olimpiadada uğur qazanıblar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə və Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar.

Bu barədə TƏHSİL.BİZ-ə BMU-dan bildirilib. Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edərək II yeri tutublar.

Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb.

Seçilən
9
3
tehsil.biz

8Mənbələr