AZ

Yaponiya və Çin ilin üçüncü rübündə rekord məbləğdə ABŞ dövlət istiqrazları satıblar

RİA Novosti yazır ki, 2024-cü ilin üçüncü rübündə Yaponiya və Çin ABŞ dövlət istiqrazlarını müvafiq olaraq 61,9 milyard və 51,3 milyard dollara satıblar.

Beləliklə, ABŞ dövlət borcunun iki ən böyük xarici sahibi iyul-sentyabr aylarında Amerika istiqrazlarının əhəmiyyətli bir hissəsindən xilas oldu.

Analitiklər bunu ticarət rüsumlarını artıracağını vəd edən ABŞ prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimi ilə əlaqələndirirlər.

Sentyabrda Rusiya ABŞ dövlət istiqrazlarına investisiyalarını 25 milyon dollara çatdırıb.

DOĞRU.AZ

Seçilən
33
1
dogru.az

2Mənbələr