AZ

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

"Enginet" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir.

Valyuta.az xəbər verir ki, şirkət ləğv edilərək “Uninet" MMC-yə qoşulur. “Uninet” MMC 2009-cu ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Nəhmədov İlqar Şamil oğlu, nizamnamə kapitalı 1 milyon 100 min 10 manatdır.

“Enginet” MMC də 2009-cu ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Nağıyev Anar Xalid oğlu, nizamnamə kapitalı 9 milyon 600 min manatdır.

Əvəz Həsənov

Seçilən
4
valyuta.az

1Mənbələr