Boşanmaq üçün məhkəməyə müraciət edən türkiyəli model Ebru Şallı ilə iş adamı olan həyat yoldaşı Uğur Akkuş barışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Akkuş sosial media hesabında paylaşım edib.
O bildirib ki, məhkəməyə təqdim etdikləri boşanma ərizəsini geri götürüblər və evliliklərinə daha bir şans vermək qərarı alıblar.
Qeyd edək ki, cütlük 2019-cu ildə ailə hayatı qurub. U.Akkuş bir müddət öncə həyat yoldaşından boşanacağını deyərək, ittihamdolu açıqlamalar vermişdi. Belə ki, o, “Hər şey pul və maddiyyat imiş” kimi ifadələrə yer vermişdi.