Rusiya Cənubi Qafqaz üzrə “3+3” platformasını tamhüquqlu təşkilata çevirmək üzərində işləyir.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiya - Ermənistan” ikinci ictimai forumunda belə deyib.
“Biz regiondakı bütün ölkələrin maraqlarının uyğunlaşdırılmasında “3+3” regional əməkdaşlıq platformasına mühüm yer ayırırıq. Biz onun Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tam hüquqlu təşkilata çevrilməsi üzərində işləyirik”,-deyə bildirib.