AZ

Gürcüstan rəsmiləri Aİ səfirinə tədbir görəcəkləri ilə bağlı hədələyiblər

Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Qerçinski uzun müddətdir ki, gürcü müxalifətinin lehinə və ölkə hakimiyyətinin əleyhinə bəyanatlar verir ki, bu da Vyana Konvensiyasının pozulması deməkdir.

“Bir müddət bütün bunlara reaksiya vermədik, amma hər şeyin öz həddi var. Gələcəkdə davranışımızda dəyişiklik görməsək, istər Aİ səfiri, istərsə də digər səfirlər tərəfindən bu cür faktlara mütləq diplomatik reaksiyamız olacaq”,- deyə Kobaxidze qeyd edib.

Seçilən
35
operativmm.az

1Mənbələr