28.11.2024-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, "COP29", "Sıfır tullantı" təşəbbüsü mövzuları ilə bağlı olaraq Xaçmaz rayonu Şimal kənd ümumi orta ümumtəhsil məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.
Ekologiya.az bildirir ki, tədbirdə təhsil müəssisəsinin 60 nəfər şagird və pedaqoji heyəti iştirak etmişdir.
Tədbir çərçivəsində şagirdlərin mövzuya uyğun hazırladıqları əl işləri nümayiş olundu, ekoloji problemlər, iqlim dəyişikliklərindən söhbət açılaraq bu sahəyə diqqətin artırılması iştirakçıların diqqətinə çatdırıldı.