AZ

"Az əhalinin yaşadığı ərazilərə qaz çəkilməsi nə qədər səmərəlidir?" - Nazir müavini » AzadMedia.az


Qazlaşdırma ilə bağlı dünya ölkələri arasında Azərbaycan yüksək yerdə dayanır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O qeyd edib ki, Azərbaycanda qazlaşma 96,5 faizdir.

"Qazlaşma iki mənbədən təmin edilir: Dövlət büdcəsi və SOCAR-ın özünün imkanları hesabına. Dövlət daha çox SOCAR-ın vəsaiti ilə məsələlərin həllini tövsiyə edir. Daha çox əhalinin olduğu ərazilərin qazlaşma ilə bağlı problemləri yoxdur. Az əhalinin yaşadığı ərazilərə qaz çəkilməsi nə qədər səmərəlidir? Digər mənbələrdən istifaə daha səmərəli olar. Buna da öyrəşmək lazımdır”,- nazir müavini deyib.
Seçilən
10
4
azadmedia.az

5Mənbələr