AZ

"Müstəqil Fələstin Dövləti qurulana qədər mübarizəni davam etdirəcəyik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan müstəqil Fələstin Dövləti qurulana qədər mübarizəni davam etdirəcəklərini bildirib.

Prezident Ərdoğan İstanbulda keçirilən “Qəzzanın gələcəyi” mövzulu Beynəlxalq Humanitar Yardım Sammitinə video müraciət ünvanlayıb.

İsrailin Qəzzada törətdiyi qırğınlar nəticəsində minlərlə günahsız mülki vətəndaşın həyatını itirdiyini vurğulayan Ərdoğan "50 minə yaxın fələstinli qadın, uşaq bütün dünyanın gözü qarşısında şəhid oldu. İsrailin birbaşa olaraq sivilləri hədəfə alan hücumları nəticəsində 100 mindən çox günahsız fələstinli yaralandı. Livana təşkil etdiyi bombardmanlar nəticəsində ölən qardaşlarımızın sayı 3500-ü keçdi" deyib. 

Türkiyənin fələstinlilərlə tam həmrəy olduğunu vurğulayan Ərdoğan qeyd edib ki, son bir ildir ki, xüsusilə Qəzza və Livandakı qardaşlarımıza ən çox dəstək verən ölkələrdən biriyik. Fələstinə göndərdiyimiz yardımın miqdarı 86 min tonu aşdı, Livandakı qardaşlarımıza etdiyimiz yardım isə 1300 tonu keçdi.

İslam ölkələrini Qəzza üçün birgə hərəkət etməyə çağıran dövlət başçısı “İslam ölkələrinin Qəzzadakı zülmə ortaq şəkildə cavab verməsi və birgə hərəkətə keçməsi üçün diplomatik təmaslarımızı davam etdiririk. Biz Fələstində işğal və qırğın bitənə və 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və ərazi bütövlüyü Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik” deyib.



Seçilən
5
trt.net.tr

1Mənbələr