AZ

Təbii resursların səmərəli istifadəsi ölkəmizin enerji siyasətinin əsas prinsipləridir - Soltan Məmmədov

Bakı. Trend:

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsindətəşkil olunmuş Parlament Konfransında qəbul olunmuş sənəddə yertapmış və gərgin müzakirələrə səbəb olmuş məsələlərdən biri də,ənənəvi enerji növlərinin istehsalı sahəsinə ayrılan subsidiyalar,bu subsidiyaların ləğv olunması təklifləri və ətraf mühitinqorunması üçün həyata keçirilən tədbirlərə ayrılan investisiyalarolmuşdur.

Trend xəbər verir ki, bunudeputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasındadeyib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun hesabatlarınagörə bir sıra ölkələr tərəfindən 2022-ci ildə qlobal ÜDM-də qazıntıenerji növlərinin istehsalına ayrılan subsidiyaların payı 7,1 %təşkil edir.

"Bunun bərpaolunan enerji keçidinə əngəl yaratması əsasgətirilərək, subsidiyaların dayandırılması və bu istiqamətdəparlamentlərə qanunverici bazada dəyişiklərin aparılması ilə bağlıtövsiyənin Parlament Konfransının sənədinə daxil edilməsi təklifedilmişdir. Müzakirələrdə təqdim olunmuş alternativ fikirlərənənəvi enerji növlərinin istehsalının təkmiləşdirilməsi, səmərəliistifadəsi və tullantıların qarşısının alınması məsələlərininprioritet olduğunu və dövlətlərin bu istiqamətdəki siyasətlərininvacibliyini önə çıxardı. Nəticədə bu çağırış subsidiyalarınsəmərəliliyi kimi sənədə daxil edildi.

Təbii resursların səmərəli istifadəsi və xalqın rifahına xidmətetməsi ölkəmizin enerji siyasətinin əsas prinsipləridir. Buistiqamətdə həyata keçirilən tədbirlər və müzakirə olunan qanunlayihəsi təbii resursların xalqın rifahına xidmət etməsini təminetməklə yanaşı, ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid üçünmüasir texnologiyanın istifadəsində praktiki və elmi işlərintətbiqinə imkan yaradır. Təklif edilən dəyişikliklər eyni zamanda,enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrətəşviqedici tədbirlərin həyata keçirilməsinə xidmət edir. Qanundayalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamandaistehsal və istehlakına görə əhəməiyyətli paya malik olan, ətrafmühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldəolunan maliyyə vəsaitinin enerji effektivliyinə xidmət edəntədbirlərə yönəldilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu,ölkəmizin beynəlxalq platformalarda müdafiə və təşviq etdiyisiyasətə sadiq olduğunu sübut edir", - deputat əlavə edib.

O qeyd edib ki, “Enerji resurslarından səmərəli istifadə vəenerji effektivliyi haqqında” qanuna təklif olunan dəyişiklik bugün beynəlxalq ictimaiyyətin müzakirə etdiyi əsas məsələlərdənbirinin həll olunmasını nəzərdə tutur.

"Çünki dəyişikliklər enerji növlərinin satışından EnerjiEffektivliyi Fonduna daxil olan vəsaitlərin artmasına səbəb olacaq.Həmin vəsaitlər də bərpa olunan enerji mənbələrindən daha genişistifadə üçün mexanizmlərin qurulmasılna imkan verəcək.

Sonda gələcək müzakirələr üçün bir təklifimi bildirmək istərdim.Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması üçünenerji istehsalçılsı ilə yanaşı energetika sahəsində xidmətgöstərən texnoloji şirkətlərin də fəal iştirakını təşviq edəntədbirlərin həyata keçirilməsi məsədəuyğun olardı.

Ümumilikdə təklif olunan qanun layihəsini dəstəkləyir vəhəmkarlarımı layihəyə səs verməyə çağırıram", - o vurğulayıb.

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr