AZ

Eyyubov -Qriqoryan görüşünün PƏRDƏARXASI

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyanla görüşüb. Görüş MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində olub. İclasdan sonra Eyyubov və Qriqoriyan 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər. Maraqlıdır ayaqüstü söhbətlər diplomatiyada nəyi ifadə edir. Prezident İlham Əliyev də Paşinyanla ataqüstü görüşür, rəsmiyyətdən, ptotokol qaydalarından kənar müzakitələr aparmışdı. bəs bu cür qeyri rəsmi görüşlərin faydası varmı ?

Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Mqer Qriqoriyan və Yaqub Eyyubov biri-biriləriylə görüşmələrini Azərbaycan və Ermənistan liderlərinin təlimatı üzərinə həyata keçirirlər:

“Hər iki rəsminin görüşməsi Prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyanın keçirdiyi görüşmədə alınan qərarlar haqqında texniki razılıqlar əldə edilməsi üçün baş tutur. Başlıca olaraq görüşün mövzusu Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyi və bununla bağlı referendum tarixi, daha sonra Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasıdır. Hər il olduğu kimi bu ilin sonuna qədər də Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasına ümid edirik. Amma Ermənistan tərəfinin sərgilədiyi qeyri-konsturiktiv siyasət  göstərir ki, il sonuna qədər sülhün imzalanmasını görməyəcəyik”.
Seçilən
7
sherg.az

1Mənbələr