Polşada – Rusiya ilə sərhəddən 70 km aralıda yerləşən Orşi poliqonunda NATO ilə birgə “TUMAK-24” taktiki təlimləri başlayıb.
Azpost.info xəbər verir ki, təlimlərdə Polşa ordusu və NATO bölmələrinin 2,5 mindən çox hərbi qulluqçusu iştirak edir.
Bu barədə PAP agentliyi məlumat yayıb.
Məlumata görə, təlimlər dekabrın 2-dək davam edəcək. Manevrlərə 850 texnika cəlb olunub.
Təlimlərdə Polşa ordusu ilə yanaşı, Litva hərbçiləri ilə yanaşı, NATO-nun döyüş qrupunun əsgər və zabitləri də iştirak edir.
Azpost.info