AZ

“Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik"

 
\"Biz heç kimə bizi qətnamələrlə hədələmək icazəsi verməyəcəyik\".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, \"Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqı (Aİ) ilə danışıqlar dayandırıldığını ancaq bu qərarın bəzilərini niyə təəccübləndirdiyini anlamadığını bildirib: 

\"Aİ-yə üzvlük üçün müəyyən meyarlar var, ancaq bu meyarlara çatmaq üçün sülh və iqtisadi inkişaf lazımdır. Biz 2028-ci ilə qədər fərqli iqtisadi artım göstəriciləri ortaya qoymağa və 2030-cu ildə Aİ-nin tamhüquqlu üzvü olmağa hazırıq. Biz danışıqlara da hazırıq. Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik\"- deyə Kaxa Kaladze bildirib.

Mer həmçinin Gürcüstan vətəndaşlarını hökumətin qərarlarına, gürcü mədəniyyət və ənənələrinə hörmət etməyə çağırıb.
Seçilən
7
azxeber.com

1Mənbələr