İsrailin mənzil və tikinti naziri Yitzhak Qoldknopf yəhudilərin Qəzzada məskunlaşması üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatından bildirilib.
Qoldknopf bu çərçivədə Qəzza sərhədində İsrail məskənlərinin qurulmasını müdafiə edən “Nachalot” Assosiasiyasının qurucusu Daniella Vays ilə görüşüb.
Burada Vays və onu müşayiət edən şəxslər Qəzzanın müxtəlif bölgələrində qeyri-qanuni məskunlaşmaların salınması planlaşdırılan yerlərin xəritəsini Qoldknopfa təqdim ediblər.