AZ

Makron Netanyahunun həbs qərarından bu şərtlə imtina edib

Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı çıxardığı ekstradisiya qərarını yerinə yetirməməyə razılaşıb.

Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən yazıb.

Nəşrin məlumatına görə, atəşkəs razalaçmasından dərhal sonra Fransa prezidenti Netanyahuya zəng edib. Həmsöhbətlər Livanda atəşkəslə bağlı vəziyyəti müzakirə ediblər. Onlar razılaşıblar ki, Paris "İsrail-Livan sərhədindəki vəziyyəti tənzimləyən BMT Təhlükəsizlik Şurasının 1701 saylı monitorinq komitəsində mühüm rol oynayacaq".

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi BCM-nin göstərişinə baxmayaraq Netanyahunun Fransada həbs olunmayacağını açıqlamışdı.

Bəyanatda deyilir ki, Fransa qanunlarına görə, Netanyahu və digər nazirlər BCM-nin həbs və ekstradisiyasını tələb etdiyi təqdirdə nəzərə alınacaq toxunulmazlığa malikdir.

Xatırladaq ki, dünən, noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra ilk atəşkəs haqqında saziş qüvvəyə minib. Tərəflərin razılığı ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası üçün ABŞ, Fransa və Böyük Britaniyanın da daxil olduğu monitorinq komissiyası yaradılacaq.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı 8 oktyabr 2023-cü ildən 2024-cü il mayın 20-dək Fələstin ərazisində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətmək iddiası ilə həbsə orderlər verdiyini açıqlayıb.

Seçilən
12
modern.az

1Mənbələr