AZ

"İran uran istehsalının genişləndirilməsi barədə məlumat verib" - MAQATE

 
"İran Fordo və Natanze nüvə obyektlərində 10 mindən artıq sentrifuqa istismar edir..."
 
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) zənginləşdirilmiş uran istehsalı üçün böyük sayda sentrifuqaların quraşdırıldığı barədə məlumatlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi MAQATE-nin məruzəsinə istinadən məlumat yayıb.
 
MAQATE-nin hesabatında İranın hər birində təxminən 174 qurğu olan 32 əlavə kaskadın quraşdırılması, habelə 1152 təkmilləşdirilmiş IR-6 sentrifuqa modelindən misli görünməyən bir kaskadın yaradılması planları barədə deyilir.
 
İran İslam Respublikası hakimiyyəti bəyan edib ki, Fordo və Natanze kombinatlarında uran 5 faizədək zənginləşdiriləcək.
 
MAQATE-nin məruzəsində qeyd edilir ki, söhbət İranın hələlik qismən gerçəkləşdirilən, uranın zənginləşdirilməsi səviyyəsinin isə atom sahəsinin inkişaf planı üzrə müəyyən edilmiş 60 faizini keçməmək planından gedir.
 
Zənginləşdirilmə gücünün artırılması o deməkdir ki, İran uranı daha sürətlə zənginləşdirə biləcək, bu isə potensial olaraq nüvə silahının yayılma riskini artıracaq.
 
İran nüvə silahı yaratmaq niyyətində olduğunu inkar edir, lakin ekspertlər qeyd edir ki, uranın 60 faizədək zənginləşdirilməsinin heç bir mülki izahı yoxdur. Bu, nüvə silahının yaradılması üçün zəruri olan təxminən 90 faizə yaxındır.
 
İran öz qərarını onunla izah edir ki, noyabrın 21-də MAQATE İdarəetmə Şurası İran hakimiyyətini agentliklə kifayət qədər əməkdaşlıq etmədiyi üçün tənqidi qətnamə qəbul edib.
 
İran Fordo və Natanzenin yeraltı və Natanzenin yürüstü obyektlərində 10 mindən artıq sentrifuqa istismar edir.
Seçilən
21
moderator.az

1Mənbələr