“Türkmənistan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsində və ətraf mühitin mühafizəsində, təbii ehtiyatlardan səmərəli istifadənin mühüm istiqaməti bərpa olunan enerji mənbələrinin, ilk növbədə günəş və külək enerjisinin inkişafıdır”.
Hafta.az-ın yazdığına görə, bunu Türkmənistan maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakov deyib. Nazir müavini bildirib ki, külək və günəş enerjisi üçün əhəmiyyətli potensiala malik Türkmənistanda bərpa olunan mənbələrin məqbul payı ilə balanslaşdırılmış enerji sistemi yaratmaq mümkündür.
Yalakovun sözlərinə görə, ətraf mühitin mühafizəsi məqsədilə Türkmənistanda ilk dəfə 10 meqavat gücündə hibrid günəş-külək elektrik stansiyası yaradılıb.
Əvvəllər, rəsmi məlumatlara əsasən, Türkmənistanda elektrik enerjisinin demək olar ki, 100 faizi təbii qazla işləyən elektrik stansiyalarında istehsal olunurdu. Ölkədə gücü təqribən 7 meqavat olan 12 elektrik stansiyası fəaliyyət göstərirdi ki, burada 51 turbin aqreqat quraşdırılıb, onlardan 39-u qaz, 12-si buxar turbinidir.