AZ

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

Sosial Xidmətlər Agentliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Valyuta.az xəbər verir ki, tender Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün 14 ədəd sedan tipli xidməti minik avtomobillərinin satın alınması ilə bağlıdır. Tenderin qalibi “Toyota Absheron Merkezi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalınma müqaviləsinin dəyəri 567 min manatdır. Alınacaq bir ədəd avtomobilin qiyməti 40 min 500 manatdır. 

Əvəz Həsənov

Seçilən
35
valyuta.az

1Mənbələr