AZ

Yaqub Eyyubovla Mqer Qriqoriyanın görüşü Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinə təsir edəcək? - AÇIQLAMA

Yaqub Eyyubovla Mqer Qriqoriyanın görüşü Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinə təsir edəcək? - AÇIQLAMAAzərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Moskvada Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyanla görüşüb. Görüş Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 104-cü iclası çərçivəsində olub. İclasdan sonra Y.Eyyubov və M.Qriqoriyan 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər.

Bəs görəsən bu görüş Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə təsir edə bilərmi?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az – a açıqlama verib:

"Rəsmi Bakının sülh gündəliyinə sadiqliyi hər kəs tərəfindən bilinir. Biz sülhdən kənarlaşmamışıq. Amma, pararel olaraq Ermənistanın silahlanmasını müşahidə edirik. Hindistan, Fransa tərəfindən silahlandırılan Ermənistan faktiki olaraq son günlər sərgilədiyi mövqedən sanki yeni bir müharibəyə hazırlaşır təəssüratı bağışlayır. Bu baxımdan əslində Eyyubovla Qriqoriyan arasındakı görüşdə daha çox bu məsələnin müzakirə edildiyini demək olar. Təbii ki, sülh gündəliyindəki məsələlərin də müzakirə edilməsi mümkündür. Amma dəqiq bir şey də demək olmur. Biz sülhdən danışırıq və əslində sülhə mane olacaq bir proses yoxdur. Amma Ermənistan sülhdə maraqlı olduğunu deyə-deyə faktiki olaraq silahlanır. Bu da regionda eskolasiya riskini artırmaqdadır. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, bu görüşdə həm bu gərginlik, həm də sülh müqaviləsi müzakirə edilib".

Çiçək Sadatova

Seçilən
20
sonxeber.az

1Mənbələr