Rusiya Mərkəzi Bankından verilən məlumata görə, bir neçə gün öncə rublun məzənnəsindəki dəyişkənlik müvəqqəti olub.
"Rusiyanın milli valyutası ilə bağlı vəziyyət artıq stabilləşməyə başlayıb", - deyə sədr müavini Filip Qabunia bildirib.
O, tənzimləyicinin lazım gəldikdə cavab vermək üçün kifayət qədər imkanlara malik olduğunu vurğulayıb.
"Hazırda Rusiyada rublun məzənnəsi ilə əlaqədar maliyyə sabitliyinə heç bir təhlükə yoxdur",- o deyib.
Qeyd edək ki, foreks bazarlarında dolların məzənnəsi 114 rublu kemişdi.