Almaniya Rusiyaya xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl bir sıra xəbərdarlıqlar edib.
O bildirib ki, Rusiyanın Qərbə qarşı hibrid müharibə taktikası son nəticədə NATO-nun alyansın qarşılıqlı müdafiə bəndinə müraciət etməsinə səbəb ola bilər:
“NATO-nun 5-ci maddəsi alyansa üzv dövlətlərin suverenliyinə və ya ərazisinə hücuma məruz qalan hər hansı üzvə kömək etmək üçün siyasi öhdəliyi ehtiva edir. Digər tərəfdən Rusiya ötən gün də Ukraynanın enerji infrastrukturunu hədəf alan hücumlarını davam etdirib”.