AZ

İstanbulda 12 nəfər saxta spirtli içkidən ZƏHƏRLƏNDİ - 4-ü dünyasını dəyişdi

Türkiyənin İstanbul şəhərində 12 nəfər saxta spirtli içkidən zəhərlənib. 

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. 

Məlumata görə, polis əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat tədbirləri zamanı 410 litr qablaşdırılmış etil və metil spirti, 165 şüşə qanunsuz spirt və onun istehsalında istifadə olunan maddə aşkar edilərək götürülüb. 

Hadisədən sonra saxta spirtli içki ilə məşğul olduğu müəyyən edilən 12 nəfər saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Seçilən
11
5
bizim.media

10Mənbələr