AZ

2025-də telefonlar peyk internetinə qoşulacaq


İlon Maska məxsus “SpaceX”, Mobil Bağlantı (Direct to Cell) peykləri vasitəsilə telefonları birbaşa peyk internetinə qoşmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, dünyada 2,5 milyard insan internetə çıxış imkanı olmayan bölgələrdə yaşayır, lakin bu vəziyyətin yaxın gələcəkdə dəyişməsi gözlənilir. Maskın sahibi olduğu “SpaceX”in peyk internet şəbəkəsi “Starlink”, Mobil Bağlantı peykləri ilə ağıllı telefonları peyk şəbəkəsinə qoşmağa hazırlaşır.

“Starlink”in rəsmi saytında yer alan məlumata görə, mobil telefonların zəif siqnal qəbulu səbəbindən yüzlərlə kilometr uzaqlıqda olan peyklərə qoşulması texniki baxımdan kifayət qədər çətin olur.

Şirkətin açıqlamasında bildirilir ki, bu çətinlikləri aradan qaldırmaq və mobil telefonlara standart LTE xidməti təqdim etmək üçün “Starlink” peykləri yenilikçi xüsusi silikon çipləri, xüsusi antenalar və inkişaf etmiş proqram alqoritmləri ilə təchiz edilib.

Açıqlamada, mesajlaşma xidmətinin bu il başladığı, səsli zənglər, məlumat ötürülməsi və obyektlərin interneti kimi xidmətlərin isə 2025-ci ildə istifadəyə veriləcəyi qeyd edilib.

İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanan “Starlink”, dünyanın hər bir nöqtəsinə yüksək sürətli internet bağlantısı təmin etmək üçün orbitə buraxılan minlərlə kiçik peykdən ibarət şəbəkə sistemi kimi fəaliyyət göstərir. Layihə, xüsusilə kənd və uzaq bölgələrdə internetə çıxışı yaxşılaşdırmağı hədəfləyir.

Rəhman Mirzəlizadə, Bakupost
Seçilən
35
bakupost.az

1Mənbələr