AZ

"Minalardan azad dünya” Sammitində Azərbaycanla bağlı müzakirələr aparılır - FOTOLAR

Siem Reap-Angkor (Kamboca) şəhərində keçirilən "Minalardan Azad Dünya" Sammiti çərçivəsində plenar iclaslar və müxtəlif yan tədbirlər davam edir.

QHT.az xəbər verir ki, Sammitdə iştirak edən "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanovun verdiyi məlumata görə, tədbirlərdən biri 2024-cü il üçün "Landmine Monitor Report"a həsr olunub.

Qeyd edək ki, sayca 25-ci olan bu hesabatda dünyadakı mina problemləri və bu istiqamətdə görülən işlər əks olunub. Azərbaycanla bağlı hesabatda təqdim edilən məlumatların ətraflı təhlili Hafiz Səfixanovun Bakıya qayıtdıqdan sonra keçirəcəyi mətbuat konfransında ictimaiyyətə çatdırılacaq.

 

Pərvanə Fərhadqızı

Seçilən
41
qht.az

1Mənbələr