AZ

Bələdiyyələr üçün şans-qrant almaq hüququ verildi

Milli Məclisin bu gün keçirilən iclasında “Qrant haqqında” qanuna təklif edilən dəyişikliklər də müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, qanuna edilən dəyişikliklərə əsasən, bələdiyyələr qrant almaq hüququ əldə edəcək.

Qanun layihəsi bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr