Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba hazırkı vəziyyətlə bağlı kəskin xəbərdarlıq edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, əgər hadisələrin mövcud gedişi dəyişdirilməzsə, Ukrayna müharibəni uduza bilər.
Kulebanın sözlərinə görə, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın potensial sülh təşəbbüslərinə müsbət yanaşaraq, onun təkliflərinə "yox" deməkdən çəkinirlər. "Kim birinci "yox" desə, oyunu uduzacaq," - deyə Kuleba vurğulayıb.
Eyni zamanda keçmiş nazir bildirib ki, Ukraynanın 2022-ci ildə sülh danışıqlarını və hərbi vəziyyəti dəyişdirmək üçün kifayət qədər resursları və strategiyaları olmayıb. Bu bəyanat Kulebanın müharibənin gələcək taleyi ilə bağlı narahatlığını açıq şəkildə ifadə edir.