AZ

İstanbula uçan təyyarədə intihara cəhd etdi

Tehrandan İstanbula uçan təyyarədə həyəcanlı anlar yaşanıb.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinlərdən biri enişə az qalmış “Allahu Əkbər” deyə qışqıraraq çıxış qapısını açmağa çalışıb. O onu dayandırmağa çalışan sərnişinlərə və ekipaj üzvlərinə hücum edib.

Hadisə şahidləri bildiriblər ki, təcili çıxış qapısını açmağa çalışan şəxs uçuş başlayandan bəri özünü qəribə aparıb.

Hava yolları sözügedən şəxs nəzarət altına alındıqdan sonra Sabiha Gökçen hava limanında polisə təhvil verildiyini açıqlayıb.

Seçilən
34
xalq.az

1Mənbələr