AZ

Sağçı partiya: Almaniya Aİ və avro sistemindən çıxmalıdır

\"Almaniya üçün Alternativ\" (AfD) sağçı partiyası seçkiqabağı proqramın son layihəsində ölkənin Avropa İttifaqından (Aİ) çıxmasında israr edir.

Bu barədə \"Spiegel” nəşri sənədə istinadən məlumat yayıb.

Məlumata görə, seçkiqabağı proqram layihəsi yanvarda AfD-nin partiya qurultayında müzakirə olunacaq və qəbul ediləcək.

\"Biz Almaniyanın Avropa İttifaqından çıxmasını və yeni Avropa birliyinin yaradılmasını zəruri hesab edirik\", - sənəddə bildirilib.

AfD Aİ-ni maraqlar və iqtisadiyyat üzrə birliklə əvəz etmək istəyir. Bunun üçün ölkə konstitusiyasındakı Avropa maddələrinin dəyişdirilməsi üçün ümumxalq səsverməsi keçirilməlidir.

Bundan əlavə, AfD Almaniyanın avro sistemindən çıxmasını və lazım gələrsə, avronun paralel saxlanılması ilə sabit milli valyutanın tətbiq edilməsini dəstəkləyir.
 
///report
Seçilən
14
azxeber.com

1Mənbələr