AZ

Gürcüstan XİN-nin əməkdaşları Kobaxidzenin Aİ ilə bağlı qərarına QARŞI ÇIXDILAR

Gürcüstan Xarici İşlər Nazirliyinin 100-dən çox əməkdaşı baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük prosesinin 2028-ci ilə qədər dondurulması qərarına qarşı birgə bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, onlar belə bir qərarın ölkənin strateji maraqlarına və Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə zidd olduğunu vurğulayıblar.

Diplomatlar Avropa kursuna sadiq olduqlarını bildiriblər və qeyd ediblər ki, Aİ-nin indiki genişlənmə dalğası inteqrasiya üçün unikal imkan yaradır və təkrarlana bilməz. Onların fikrincə, danışıqların dayandırılması qlobal çağırışlar fonunda ölkənin təcrid olunmasına və təhlükəsizliyinin zəifləməsinə gətirib çıxaracaq.


XİN əməkdaşları həmçinin xatırladıblar ki, gürcü diplomatiyası uzun illərdir ki, xalqın iradəsinə və tarixi seçiminə uyğun gələn Avropa və Avro-Atlantik strukturlara daxil olmaq istəyir.

Qeyd edək ki, ötən gün Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan edib.

Bizim.Media

Seçilən
38
6
bizim.media

6Mənbələr