Türkiyənin "Adana Demirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Mustafa Dalcı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Adana Demirspor" Super Liqada 13 turdan sonra 2 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi