Bu sözləri Demokrat.az-a politoloq Aydın Quliyev deyib.
“Ermənistanın xaricdəki müttəfiqləri onu silahlandırmağa başlayıblar. Bu Ermənistanı yeni müharibəyə hazırlamaq məqsədinə xidmət edir. Paşinyan hakimiyyəti müharibəyə hazırlıq görməklə cəmiyyətin narazılıqlarının qarşısını almaq istəyir. Qarşıdakı seçkilərdə hakimiyyət mövqeyini möhkəmləndirmək haqqında düşünür. Diqqəti öz siyasi uğursuzluqlarından yayındırmağa çalışır. Ermənistanda vəziyyət kütləvi ictimai, siyasi narazılıqlar üzərində dayanır. Bu vəziyyət uzun müddət davam etməyəcək. Xüsusilə son zamanlar güc strukturlarının rəhbərlərinin dəyişdirilməsi müharibə hazırlığı, cəmiyyətin narazı tərəfinin aktivliyinin aşağı salınmasına xidmət edir”.
Əfsanə Kamal
Demokrat.az