AZ

Diabetə işarə edən simptomlar – XƏBƏRDARLIQ


“Susuzluq və sağalmayan yaralar şəkərli diabeti göstərə bilər”

News24.az medianews.az istinadən xəbər verir ki, bunu endokrinoloq Ekaterina Saxnova deyib.

Həkim xəbərdarlıq edib ki, hər kəs erkən mərhələdə diabeti fərq edə bilməz. Şəkərli diabet təkcə yüksək qlükoza səviyyəsi ilə deyil, həm də susuzluq və tez-tez sidiyə getmə ilə özünü göstərə bilər.

Saxnovanın sözlərinə görə, bundan əlavə, diabet inkişaf edən insanlarda görmə kəskinliyinin azalması, əllərdə və ayaqlarda uyuşma, sağalmayan yaralar və dəridə müəyyən dəyişikliklər özünü göstərə bilər.

Sadalanan simptomlar görünsə, endokrinoloq dərhal həkimə müraciət etməyi məsləhət görür. O qeyd edib ki, 2-ci tip şəkərli diabetin inkişafı üçün əsas risk faktorları, xəstəliyin qohumlarda olması və artıq çəkidir.

“Ailədə 2-ci tip şəkərli diabet olan insanlarda artıq çəki və ya piylənmə olduqda, çəkini azaltmaq üçün həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur”, – deyə həkim qeyd edib.

Açar sözlər: 2-ci tip şəkərli diabet, diabet, endokrinoloq Ekaterina Saxnova, piylənmə, qlükoza, sağalmayan yaralar, Səhiyyə, şəkər, susuzluq, xəstəlik, yara



Seçilən
48
news24.az

1Mənbələr