AZ

Bəşər Əsəd haradadır? - Rusiya şərh vermək istəmədi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriya prezidenti Bəşər Əsədin Rusiyada olması ilə bağlı "Telegram" kanallarında yayılan məlumatları şərh etməkdən imtina edib.

"Unikal" xəbər verir ki, Peskov jurnalistlərin bununla bağlı sualını cavabsız qoyub. 

“Mənim bu məsələdə deyəcək heç nəyim yoxdur” deyə Rusiya prezidentinin sözçüsü bildirib. 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşib. Müxalif silahlılar Türkiyə ilə sərhəddə ərazilərə hücuma keçiblər.

Seçilən
8
50
unikal.az

10Mənbələr