AZ

Ana və ögey atadan DƏHŞƏTLİ ƏMƏL: Uşağı yuyucu toz yeməyə məcbur edib, ayağını sındırdılar – FOTO/VİDEO

Rusiyada ana və sevgilisi 12 yaşlı oğluna altı aydan çox işgəncə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Kuzbassda ana və sevgilisi 12 yaşlı oğluna altı aydan çox zorakılıq ediblər.

Məlum olub ki, ana və ögey ata uşağı döyüb, ac qoyub, üst paltarı olmadan soyuqda qoyub, ev işləri görmədiyi üçün ayağını dəmirlə sındırıb, yuyucu toz yeməyə məcbur ediblər.

Noyabrda uşaq döyüldükdən sonra dodağını tikdirmək lazım olub.

İstintaq Komitəsinin məlumatına görə, ögey ata və arvadı bunu keyitmə etmədən özləri ediblər. Oğlanın indi ömrünün sonuna kimi üzündə qüsur var.

Uşaq indi sosial müəssisəyə köçürülüb. Ögey ata ifadə verməkdən imtina edib, ona görə də zorakılığın səbəbləri məlum deyil.

Ana isə əri onu tərk etməsin deyə uşağına zorakılığa qarşı çıxmayıb, əksinə ərinə kömək edib.

Prokurorluqdan bildirilib ki, həmin şəxs 2025-ci il yanvarın 27-dək həbs edilib. Uşağın anası saxlanılıb.

“İşgəncə vermə” və “tərbiyə öhdəliklərini yerinə yetirməmə” maddələri ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
95
9
interpress.az

10Mənbələr