AZ

Əgər belə davam edərsə, Ukrayna müharibəni uduzacaq – Kuleba

Əgər belə davam edərsə, biz müharibəni uduzacağıq.

İnterpress.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib. O bildirib ki, hadisələr belə cərəyan etsə, Ukrayna müharibəni uduzacaq.

“Əgər belə davam edərsə, biz müharibəni uduzacağıq. Bu gün vəziyyəti qaytarmaq və hadisələrin baş vermə trayektoriyasını dəyişdirmək üçün vasitə və alətlərimiz varmı? Xeyr.

Putin və Zelenski danışıqlara hazır olduqlarını nümayiş etdirirlər, çünki Trampdan imtina edənlər olmaq istəmirlər. Bunu ilk edən oyunu itirəcək.

2022-ci ildə sülh yolu ilə nizamlanma ola bilməz.

Əgər bu müharibə olmasaydı, dünyanın bizi tanıması və Qərbin bizi dünyanın bir parçası kimi tanıması üçün bəlkə də daha 100 il sərf edərdik.

Putin Ukraynanın mövcud olmağa haqqı olmadığını düşündüyü müddətdə bu müharibə davam edəcək. Əksini düşünən isə ya axmaqdır, ya da ruslara işləyir”, – Kuleba deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr