AZ

Tailandda rusiyalı turist dənizdə batıb...

...Şiddətli daşqınların davam etdiyi Tailandın cənubunda 24 yaşlı rusiyalı turist boğularaq ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SHOT xəbər verir.

Telekanalın məlumatına görə, rusiyalı qadın sevgilisi ilə Koh Samui adasında istirahət edirmiş.

...Dənizdə tufan elan edilib, çimərlikdə qırmızı bayraqlar asılıb. Ehtimal olunur ki, qız buna əhəmiyyət verməyib və qayaların üstünə çıxıb, oradan da dalğa onu dənizə aparıb.

Hazırda onun sevgilisi və hadisə şahidləri polisə ifadə verirlər.

Xatırladaq ki, son günlər Tailandın cənubunda güclü daşqınlar baş verib. Xüsusilə, Pattani əyaləti, Hat Yai şəhəri və Phuket adasına təsir göstəriblər.

Nazlı Almuradova

Seçilən
33
sia.az

1Mənbələr