Maqnit qasırğalarının insan orqanizminə təsir göstərə bilməz.
News24.az baku ws.az-a istinadla xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyası Kosmik Plazma Fizikası şöbəsinin elmi işçisi İvan Loboda aif.ru-ya müsahibəsində bildirib.
"Hazırkı dövrə qədər elmdə maqnit qasırğalarının insanın sağlamlığına və vəziyyətinə təsir etdiyinə dair geniş yayılmış fikri təsdiqləyən heç bir sübut yoxdur. Üstəlik, belə bir təsirin necə baş verə biləcəyi də anlaşılmazdır.
İnsan orqanizmində maqnit sahəsinin zəif dəyişikliklərini, yəni Yer səthindəki maqnit sahəsinin min qatından daha kiçik və adi tibbi tomoqrafın maqnit sahəsindən milyon dəfə zəif dəyişiklikləri hiss edə biləcək həssas reseptorlar yoxdur",-deyə ekspert izah edib.
Astronomun fikrincə, maqnit qasırğalarının insan vəziyyətinə təsiri daha çox psixoloji xüsusiyyətlərlə izah edilə bilər.
Alimin sözlərinə görə, insanlar özlərini pis hiss etdikləri zaman problemin daxili və ya məişət səbəblərini araşdırmaq əvəzinə, səbəbi sirli xarici proseslərdə axtarmağa üstünlük verirlər.