AZ

İcbari Sığorta Bürosu işçi axtarır - VAKANSİYA

İcbari Sığorta Bürosu

Biznesin İnkişafı şöbəsinin rəisi

Son tarix 29 dek 2024 - [email protected]

İş yeri: Bakı.

Vəzifə öhdəlikləri:

  • Büronun səlahiyyətlərinə aid məsələlər üzrə keyfiyyətli və əhatəli, daxili və xarici statistik məlumatların toplanması, emalı, icmallaşdırılması, təhlil edilməsi, rəhbərliyə və aidiyyəti istifadəçilərə çatdırılmasını təmin etmək;
  • İcbari sığorta üzrə Büronun istismarında olan avtomatlaşdırlmış sistemlərdə mövcud olan məlumatların toplanmasını, emalını, icmallaşdırılmasına nəzarəti həyata keçirtmək
  • Toplanan və emal edilən məlumatlar üzrə məhsul və xidmətlərin (sığortaçılarda aktuari hesablamaları və anderraytinq aparılması üçün faydalı olan xidmətlər və s.) yaradılmasını təşkil etmək
  • Toplanan və emal edilən məlumatlar üzrə yaradılan məhsul və xidmətlərinin satışına nəzarət etmək
  • Müştəri təcrübəsi baxımından bazarın/məhsulların təhlili;
  • Hədəf auditoriyasının ehtiyaclarının və müştəri təcrübəsinin təhlili, müştərilər üçün dəyərli məhsulun yaradılmasında iştirak etmək;
  • Sığorta sektoru üzrə qəbul edilmiş qanunvericilik və normativ hüquqi aktların yenilənməsi prosesində iştirak etmək
  • Tərtibatçılar üçün texniki şərtlərin, habelə texniki və funksional tələblərin formalaşdırılmasını təmin etmək;
  • Yerli və xarici maraqlı tərəflərlə görüşlərdə İSB-ni təmsil etmək;
  • Şöbə tərəfindən idarə edilən layihələrin vaxtında və keyfiyyətli şəkildə təqdim edilməsini təmin etmək;

Tələb olunan səriştələr:

  • Ali iqtisadi və ya  hüquq təhsili;
  • Ən azı 3 il rəhbər vəzifədə təcrübə  (sığorta sahəsində təcrübəyə üstünlük verilir);
  • Analitik təhlil bacarığı;
  • Böyük məlumatların emalı proqramlarında ən azı birini bilmək (Postgresql, SQL, My SQL və s);
  • Layihələrin İdarəedilməsi sahəsində təcrübəyə malik olmaq
  • Azərbaycan və ingilis dillərində səlist danışıq və yazı qabiliyyəti, rus dilində bilik arzuolunandır.

Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.

Seçilən
11
fed.az

1Mənbələr