Bakı. Trend:
Azərbaycan, 2025-ci ildə karate üzrə iki beynəlxalq yarışa evsahibliyi edəcək.
Trend xəbər verirki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti ÜlviQuliyev, jurnalistlərə verdiyi açıqlamada məlumat verib.
Quliyev bildirib ki, həmin turnirlərdə 10-a qədər ölkəninidmançıları iştirak edəcək. O, qeyd edib ki, bu ölkələr hər zamanbu yarışlarda təmsil olunurlar və federasiya hazırda bu ikiturnirin təşkilinə fokuslanıb.
Bakıda keçirilən 29-cu Uşaq, Yeniyetmə və Gənclər ArasındaAzərbaycan Birinciliyi ilə yanaşı, 32-ci Böyüklər vəParakarateçilər Arasında Azərbaycan Çempionatının açılış mərasimihaqqında danışan Ülvi Quliyev, yarışlarda 600-dən çox idmançınınmübarizə apardığını qeyd edib. O, həmçinin, Azərbaycanın bütünbölgələrindən karateçilərin yarışda iştirak etdiyini və əsasməqsədin milli komandanın formalaşdırılması olduğunuvurğulayıb.
Quliyev əlavə edib ki, mükafatçılar gələn il keçiriləcəkbeynəlxalq turnirlərdə, o cümlədən Avropa Çempionatı, İslamHəmrəylik Oyunları və Müstəqil Dövlətlər Birliyinin OyunlarındaAzərbaycanın milli komandasının heyətində yer alacaqlar. Millikomanda formalaşdıqdan sonra təlim-məşq toplanışlarına başlanacaqvə gələn il üçün bütün yaş kateqoriyaları üzrə yarışlara hazırlıqgörüləcək. Ülvi Quliyev idmançıların yaxşı nəticələr əldə edəcəyinəümid etdiyini də qeyd edib.
Qeyd edək ki, 29-cu ölkə birinciliyi və çempionatına dekabrın1-də yekun vurulacaq.