AZ

İstanbulda saxta spirtli içki 7 nəfərin həyatına sonQOYDU

İstanbulda saxta spirtli içkidən dünyasını dəyişənlərin sayı 7-yə çatıb. Hadisələrlə bağlı polis 13 şübhəlini saxlayıb və onlar barəsində hüquqi prosedurlar başlayıb.

Redaktor.az xəbər verir ki, son üç gün ərzində Şişli, Beyoğlu, Fatih, Kağıthane, Esenyurt və Ümraniye bölgələrində saxta spirtli içkidən zəhərləndikləri ehtimal edilən 15 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya aparılanlardan 3-ü daha dünyasını dəyişib. Bununla da ölənlərin sayı 7-yə yüksəlib. Hazırda 8 nəfərin müalicəsi davam edir.

Saxta spirtli içkidən ölüm halları ilə bağlı polis təftişləri davam edir. Araşdırmalar çərçivəsində zərərçəkənlərə saxta spirtli içki tədarük edən və zəhərlənmələrə səbəb olan 13 şübhəlinin saxlanılması üçün əməliyyat keçirilib.

Şişli, Beyoğlu və Fatih rayonlarında keçirilən əməliyyatlarda şübhəlilərin iş yerləri və avtomobillərində aparılan axtarışlar zamanı 410 litr etil-metil spirt, 165 şüşə saxta içki, 6 ədəd anason və qanunsuz içki istehsalında istifadə edilən materiallar ələ keçirilib.

Seymur BƏNNAYEV 

Seçilən
11
redaktor.az

1Mənbələr