AZ

Azərbaycanın ümumi idxalının 2.59%-i əczaçılıq məhsulları təşkil edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 430 milyon 458 min ABŞ dolları dəyərində 17 min 308 ton əczaçılıq məhsulları idxal edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 51 milyon 794 min ABŞ dolları (10,7%), həcm baxımından isə 5 889 ton (25,4%) azdır.

10 ayda əczaçılıq məhsulları idxalı ölkənin ümumi idxalının 2,59%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 482 milyon 252 min ABŞ dolları dəyərində 23 min 197 ton əczaçılıq məhsulları idxal edib.

Ötən ilin 10 ayında əczaçılıq məhsulları idxalı ölkənin ümumi idxalının 3,40%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
1
2
fins.az

3Mənbələr