Bakı.Trend:
Tbilisidə parlament binası yaxınlığında keçirilən etirazaksiyasına polis müdaxilə edib. Gürcüstan Daxili İşlər Nazirliyininəməkdaşları etirazçılara qarşı su şırnaqları və bibər qazı istifadəedib.
Trend-inməlumatına görə, əvvəlcə polis nümayişçilərə xəbərdarlıq edərəkqanuni sərhədləri pozmamalarını istəmişdi, lakin etirazçılar bunaməhəl qoymayaraq, polisə yumurta və fişəng atıblar. Nəticədə, polisetirazçılara qarşı bibər qazından da istifadə edib.
Aksiyada bəzi nümayişçilər saxlanılıb. Rustaveli prospektindəkeçirilən anti-hökumət aksiyasına xüsusi təyinatlılar, suşırnaqları və akustik silahlar daxil olmaqla xüsusi texnika iləqatılıb.