AZ

"Şimal-1" Elektrik Stansiyası 22 ildə 51,52 milyard kVt-saat enerji istehsal edib

İstismara verildiyi tarixdən cari ilin 1 noyabr tarixinədək “Şimal-1” Elektrik Stansiyasında 51,52 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, “Şimal-1” elektrik stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.

“Gücü 265 MVt olan 1 ədəd qaz turbini və gücü 135 MVt olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 MVt təşkil edir”, - məlumatda qeyd olunur.

Fuad Mədətov
Fins.az

Seçilən
2
1
fins.az

3Mənbələr