AZ

Boşanacaqları gün barışdılar - Ebrunun ərindən ilk açıqlama

Türkiyəli model və aparıcı Ebru Şallıdan boşanmaq üçün məhkəməyə müraciət edən viş adamı Uğur Akkuş bu qərarından vazkeçib.

Publika.az xəbər verir ki, noyabrın 29-da boşanması gözlənilən cütlük barışdıqlarını elan edərək hamını təəccübləndirib.

Akkuş sosial şəbəkə hesabında bu evliliyə bir şans daha verdiklərini açıqlayıb:

"Bu gün Beykoz 1-ci Ailə Məhkəməsində açdığım boşanma davasını geri götürdüm. Evliliyimizə və münasibətimizə bir şans daha verməyə qərar verdik. Uğurlar".

Maraqlıdır ki, Ebru Şallı isə məsələ ilə bağlı özünün "Instagram" hesabında heç bir paylaşım etməyib.

Seçilən
46
1
publika.az

2Mənbələr