AZ

Macar ordusunda türk dili tədris olunacaq

Türk-Macarıstan Mədəniyyət İli çərçivəsində Macarıstanın Müdafiə Nazirliyi ilə Türkiyənin Yunis Əmrə Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, memoranduma əsasən, macar hərbçilərə və mülki işçilərinə türk dili öyrədiləcək. Qeyd olunur ki, kurs çərçivəsində macar əsgərlər hərbi sahənin terminologiyasını mənimsəyəcək, türk dilində danışacaq, həmçinin Türkiyənin tarixi və mədəniyyəti ilə tanış olacaqlar.

Macarıstan Müdafiə Nazirliyinin rəsmisinin sözlərinə görə, bu protokol sayəsində Macarıstan Silahlı Qüvvələri türk tərəfdaşları ilə daha səmərəli ünsiyyət quracaq və bu, hərbi sahədə əməkdaşlığın gücləndirilməsi üçün strateji addım olacaq.

Seçilən
37
1
axar.az

5Mənbələr