AZ

Türk Dövlətləri Təşkilatı sadələşdirilmiş gömrük dəhlizi haqqında Sazişin qüvvəyə mindiyini elan edib

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasındaticarəti asanlaşdırmaq məqsədilə sadələşdirilmiş gömrük dəhlizininyaradılması haqqında sazişin qüvvəyə mindiyini bəyan edib.

Trend xəbər verirki, TDT tərəfindən “Daha güclü ticarət əməkdaşlığı və nəqliyyatəlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada,2022-ci ilin noyabrında Səmərqənddə imzalanan Sazişin 2024-cü ilnoyabrın 29-da rəsmən qüvvəyə mindiyi vurğulanıb.

Təşəbbüsün əsas məqsədi türkdilli ölkələr arasında gömrükprosedurlarını sadələşdirmək, rəqəmsal məlumat mübadiləsinigenişləndirmək və tranzit müddətlərini qısaltmaqla ticarətaxınlarını sürətləndirməkdir. Bu addımın regiondaxili iqtisadiəlaqələrin gücləndirilməsinə mühüm töhfə verməsi gözlənilir.

Seçilən
37
3
az.trend.az

6Mənbələr