AZ

BMT: Qəzzada qıtlıq səbəbiylə ərzaq qiymətləri 10 dəfədən çox artıb

Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra əsas ərzaq məhsullarının qiymətləri 1000% artıb.

APA xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Qəzzada ərzaq böhranı kəskinləşdikcə, əsas ərzaq məhsullarının qiymətləri münaqişədən əvvəlki səviyyələrlə müqayisədə 1000%-dən çox artıb”, - məlumatda deyilir.

Seçilən
40
2
apa.az

3Mənbələr